U-17 millisi Ukrayna yığması ilə qarşılaşacaq

13 Oktyabr 2017 14:46

Xəbər 1025 dəfə oxunub

Azərbaycan yığması 17 yaşadək futbolçulardan ibarət milli komandalar arasında Avropa çempionatının ilkin seçmə mərhələsində bu gün ikinci oyununu keçirəcək.Azərtac xəbər verir ki, futbolçularımız Bolqarıstanın Qorna Oreçovitsa şəhərindəki “Lokomotiv” stadionunda Ukrayna yığması ilə qarşılaşacaq.Qarşılaşmanı türkiyəli baş hakim Halil Umut Meler idarə edəcək.Qeyd edək ki, matç Bakı vaxtı ilə saat 17:00-da başlayacaq.xeber100.com