Milli komandaların növbəti reytinq cədvəli açıqlanıb

16 Oktyabr 2017 12:46

Xəbər 794 dəfə oxunub

FIFA futbol üzrə milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.Azərtac FIFA-nın saytına istinadla xəbər verir ki, Azərbaycan milli komandası ötən ayla müqayisədə 23 pillə geriləyib və 273 xalla 115-ci pillədə qərarlaşıb. Komandamızın reytinqdə geriləməsinə səbəb 2018-ci il dünya çempionatının seçmə qrup mərhələsinin son iki oyununda məğlub olmasıdır. Belə ki, millimiz Çexiyaya 1:2, Almaniyaya isə 1:5 hesabı ilə uduzub.Qeyd edək ki, Almaniya 1631 xalla reytinq cədvəlindəki liderliyini davam etdirir. Braziliya 1619 xalla ikinci, Portuqaliya isə 1446 xalla üçüncü pillədə qərarlaşıblar.xeber100.com