Grappling-gi üzrə dünya çempionatı başlayıb

18 Oktyabr 2017 11:38

Xəbər 981 dəfə oxunub

Oktyabrın 18-də kişilər və qadınlar arasında grappling və grappling-gi üzrə sayca 10-cu dünya çempionatına start verilib.Azərtac xəbər verir ki, Bakı İdman Sarayında keçirilən yarışda 33 ölkədən, ümumillikdə 550 idmançı iştirak edir.Mötəbər yarışda Azərbaycan 150 idmançı ilə təmsil olunur.Atletlər uşaqlar, yeniyetmələr, gənclər və veteranlar kateqoriyalarında mübarizə aparırlar.Qeyd edək ki, çempionata oktyabrın 21-də yekun vurulacaq.xeber100.com