Oktyabrın 18-də V Beynəlxalq Azərbaycan Xalçası Simpoziumu çərçivəsində Xalça Muzeyində “Uçan xalça” və “Müasir incəsənət xalçalarda” adlı iki sərgi açılıb.Azərtac xəbər verir ki, sərgi Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Xalça Muzeyi, Azərbaycan Dövlət Rəssamlıq Akademiyası, Vyana Tətbiqi Sənət Universitetinin təşkilatçılığı ilə gerçəkləşib.Azərbaycan Xalça Muzeyinin direktoru Şirin Məlikova çıxış edərək vurğulayıb ki, sərgi “Crossing” (“Kəsişmə nöqtəsi”) layihəsinin yekun hissəsidir. Layihənin məqsədi Azərbaycan və Avstriya arasında müasir incəsənət sahəsində əlaqələr yaratmaq, xalqların mədəniyyətlərarası dialoqunu və təcrübə mübadiləsini möhkəmləndirməkdir. Avstriya tərəfindən layihənin art-məsləhətçisi – rəssam, Vyana Tətbiqi Sənət Universitetinin müəllimi Barbara Qrafdır.Muzeyin direktoru qeyd edib ki, Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının beş tələbəsi – Fərəc Yusubov, Əsmər Yusubova, Firəngiz Məcidzadə, Ləman Hətəmli və Könül Cavadova Avstriyanın paytaxtı Vyanaya, Vyana Tətbiqi Sənət Universitetinin üç tələbəsi – Afra Kirxdorfer, Anka Qaya Nidzqorska və Eva-Mariya Şerl isə Bakıya dəvət olunublar. Xalçaçı-rəssamlar ölkələrin mədəniyyəti ilə tanış olmaqla yanaşı, “Ənənələr və innovasiyalar” simpoziumu mövzusuna əsasən sərginin konsepsiyası üzərində birgə çalışıblar. Onların eksperimentləri üçün XIX əsrə aid qismən qorunub saxlanılan sumax xalçası əsas olub.Sərgi çərçivəsində tekstil dekoru üzrə ustad dərslər də keçiriləcək.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…