“Dalğa Arena”da oynanılacaq yarımfinal matçları müəyyənləşib

12 May 2016 14:01

Xəbər 1605 dəfə oxunub

Paytaxtımızda keçirilən 17 yaşadək futbolçular arasında Avropa çempionatında iki qrupun oyunları başa çatıb. Azərtac xəbər verir ki, artıq ilk dörddəbir finalçı cütlüklər də müəyyənləşib. Azərbaycan yığmasının da yer aldığı “A” qrupunu lider kimi tamamlayan Portuqaliya millisi növbəti mərhələdə “B” qrupunun ikincisi Avstriyaya rəqib olub. Komandamızın bərabərə qaldığı Belçika yığması isə ikinci yeri tutduğundan digər qrupun birincisi olan Almaniya ilə üz-üzə gələcək. Hər iki qarşılaşma mayın 14-də “Dalğa Arena”da oynanılacaq. Portuqaliya–Avstriya matçı saat 15:00-da keçiriləcək. Saat 20:00-da isə Almaniya ilə Belçika komandaları üz-üzə gələcəklər. Bu gün “C” və “D” qruplarında keçiriləcək oyunlarla digər dörddəbir finalçılar da bəlli olacaq.xeber100.com