Futbol üzrə Türkiyə Super Liqasının 9-cu turunda

23 Oktyabr 2017 10:43

Xəbər 1102 dəfə oxunub

Oktyabrın 22-də futbol üzrə Türkiyə Super Liqasının 9-cu turunda İstanbul derbisi oynanılıb.Azərtac xəbər verir ki, çempionatın lideri “Qalatasaray” komandası əzəli rəqibi “Fənərbağça”nı qəbul edib.Baş hakim Cüneyt Çakırın idarə etdiyi oyunda hesab açılmasa da, matç bir sıra gərgin anlarla yadda qalıb.Oyunun 73-cü dəqiqəsində meydan sahibləri sayca azlıqda qalıblar. Belə ki, Belhanda ikinci sarı vərəqə ilə cəzalandırılaraq oyunu tərk edib. Lakin qonaqlar bu imkandan yararlana bilməyiblər və oyun qolsuz, heç-heçə ilə başa çatıb.Görüşün əvvəlində azarkeşlər arasında qarşıdurmalarla başlayan gərginlik matç boyu davam edib. Gərginlik hər iki komandanın baş məşqçiləri İqor Tudor və Aykut Kocaman arasında da yaşanıb.Bundan başqa, yan hakim Tarık Ongün azarkeşlər tərəfindən naməlum əşyanın stadiona atılması nəticəsində başından zədə alıb.Buna baxmayaraq, bu görüş cari mövsümdə Super Liqada ən çox tamaşaçının baxdığı qarşılaşma olub. Belə ki, “Türk Telekom Arena”da oyunu 50 min 291 tamaşaçı izləyib.Doğma meydanda xal itirməsinə baxmayaraq, “Qalatasaray” çempionatda liderliyini qoruyur. Bu komandanın aktivində 23 xal var. “Fənərbağça” 15 xalla altıncı sırada qərarlaşsa da, yeddinci yerdəki “Beşiktaş”ın doğma meydanda “Medipol Başakşəhər” komandasını məğlub edəcəyi təqdirdə bir pillə geriləyə bilər. Lider “Qalatasaray”dan altı xal geridə qalan “Göztəpə”, “Akhisar Bələdiyyə”, “Kayserispor” ilk dördlüyü tamamlayırlar. Beşinci sıradakı “Medipol Başakşəhər”in isə 16 xalı var.xeber100.com

Həndbol Federasiyası: Azərbaycan çempionatlarında VII turun oyunları keçirilib

Həndbol üzrə Azərbaycan çempionatlarında VII turun oyunları keçirilib. Azərbaycan Həndbol Federasiyasının mətbuat xidmətindən bildiriblər ki, kişilərin yarışında tura “Dinamo” – “Azəryol” görüşü ilə start verilib. “AHF Arena”da keçirilən oyuna favorit qismində çıxan nominal qonaqlar etimadı doğruldublar. “Azəryol”un üstünlüyü ilə yadda qalan qarşılaşma 24:49 hesabı ilə başa çatıb. “Təhsil” – “İdman Akademiyası” matçı daha gərgin mübarizə şəraitində keçib. Fasiləyə 3 topluq üstünlüklə yollanan “Təhsil” qalan vaxtda rəqibin vəziyyəti dəyişməsinə imkan verməyib - 30:28. Maraqlı mübarizə vəd edən “Bakı” – “Kür” görüşündə isə qonaqların qələbəsinə inananlar yanılmayıblar. Yüksək əzmkarlıq nümayiş etdirən Mingəçevir həndbolçuları paytaxtdan uğurlu nəticə ilə dönməyi bacarıblar - 20:26. Qadın həndbolçuların çempionatında 7-ci tur “Bakı” – “Gənclər Birliyi” matçı ilə başlanıb. İlk hissədən təşəbbüsə yiyələnən paytaxtın eyniadlı komandası fasilədən sonrakı üstünlüyünü də tabloda əks etdirib - 35:25. “Kür” komandası da azarkeşlərini sevindirib. Mingəçevirin həndbolçuları növbəti qələbəni “İdman Akademiyası” ilə oyunda rəsmiləşdiriblər - 49:16. Yeddinci tura yanvarın 21-də keçiriləcək “Azəryol” – “Qarabağ” matçı ilə yekun vurulacaq.xeber100.com  

Yanvar 15, 2024 14:10

Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə “Quba – İdman Paytaxtı 2024″ün açılış mərasimi keçirilib

Gənclər və İdman Nazirliyinin və Quba Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə "Quba - İdman Paytaxtı 2024"ün açılış mərasimi keçirilib. Dövlət Himninin səsləndirilməsi ilə başlayan tədbirdə Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpası uğrunda canlarını fəda etmiş şəhidlərin xatirəsi 1 dəqiqəlik sükutla yad edilib. Sonra "Quba - İdman Paytaxtı 2024"ün maskotu "Fuji" tamaşaçılara təqdim edilib. Bunun tarixi və əlamətdar hadisə olduğunu deyən Quba Rayon İcra Hakimiyyətinin başçısı İlqar Mahmudov Prezident İlham Əliyevin dəstəyi ilə regionlarda müasir standartlara cavan verən idman komplekslərinin tikildiyini vurğulayıb. Bölgədə 8 mindən artıq gəncin idmanla məşğul olduğunu söyləyən İ. Mahmudov idmançıların yerli və beynəlxalq yarışlarda qazandığı uğurlardan bəhs edib. Gənclər və idman naziri Fərid Qayıbov Quba Olimpiya İdman Kompleksində yaradılan yüksək şəraitdən danışıb. O, kompleksdə müxtəlif idman növləri üzrə təlim-məşq toplanışları və yarışların keçiriləcəyini diqqətə çatdırıb. Gimnastika üzrə Azərbaycan millisinin də hazırda Quba Olimpiya İdman Kompleksində hazırlıq keçdiyi bildirilib. Daha sonra nazir idman paytaxtının rəmzi açarını icra başçısına təhvil verib. Ardınca sambo üzrə dünya və Avropa çempionatlarının mükafatçısı Zaur Paşayev və peşəkar MMA döyüşçüsü, 4 qat dünya çempionu Vüqar Kərəmov çıxış ediblər. Onlar hazırda beynəlxalq arenada Azərbaycanı təmsil edən bütün idmançılara uğurlar arzulayıblar. Tədbir bədii hissə ilə davam edib. Müxtəlif idman növləri üzrə federasiyaların üzvlərinin paradından sonra respublikanın tanınmış incəsənət ustaları və müğənnilərinin iştirakı ilə möhtəşəm konsert proqramı təşkil olunub.xeber100.com

Yanvar 15, 2024 14:02