“Borussiya Dortmund” klubunun yarımmüdafiəçisi klubunu dəyişə bilər

24 Oktyabr 2017 12:58

Xəbər 1787 dəfə oxunub

Futbol üzrə Almaniya millisinin və “Borussiya Dortmund” klubunun yarımmüdafiəçisi Marko Roys yay transfer pəncərəsində klubunu dəyişə bilər.Azərtac xarici KİV-lərə istinadla xəbər verir ki, İngiltərənin “Arsenal” və “Mançester Yunayted” klubları yarımmüdafiəçini heyətlərinə qatmağa cəhd edirlər. Hər iki klub 28 yaşlı futbolçunun zədəsinin bərpasından sonra onunla danışıqlar aparmağa hazırlaşır. Roys isə klubu ilə müqaviləsi bitdikdən sonra ayrılmaq istədiyini bildirib.“Borussiya Dortmund” klubu ilə müqaviləsinin müddəti 2019-cu ilin yayında başa çatan futbolçu zədə üzündən bu mövsüm oynaya bilməyib.xeber100.com