“Böyük Dəbilqə” beynəlxalq turniri keçiriləcək

25 Oktyabr 2017 12:33

Xəbər 718 dəfə oxunub

Oktyabrın 27-də Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Abu-Dabidə cüdo üzrə “Böyük Dəbilqə” beynəlxalq turniri start götürəcək.Azərtac xəbər verir ki, üç gün davam edəcək yarışda Azərbaycan milli komandası 11 idmançı ilə təmsil olunacaq.Baş məşqçi Fərhad Məmmədov milli komandamızın heyətinə Vüqar Şirinli (60 kq), Nicat Şıxəlizadə, İlkin Babazadə (hər iksi 66 kq), Rüstəm Orucov (73 kq), Naim Hüseynov (81 kq), Məmmədəli Mehdiyev (90 kq), Elxan Məmmədov (100 kq), Uşanqi Kokauri (+100 kq), Aişə Qurbanlı (48 kq), Nəzakət Əzizova (57 kq) və İrina Kindzerskanı cəlb edib.xeber100.com