“Qlazqo Reyncers” futbol klubu baş məşqçi ilə yollarını ayırıb

27 Oktyabr 2017 11:51

Xəbər 718 dəfə oxunub

“Qlazqo Reyncers” futbol klubu baş məşqçi Pedru Kayşinya ilə yollarını ayırıb.Azərtac xəbər verir ki, portuqaliyalı mütəxəssisin vəzifəsindən uzaqlaşdırılacağı barədə xəbərlər xeyli müddət idi səngimək bilmirdi. Onun işinə son veriləcəyi barədə xəbərlər “Qlazqo Reyncers”in Liqa Kubokunda mübarizəni dayandırmasından sonra yayılmışdı.Premyer Liqanın son turunda “Kilmarnok” klubuna məğlubiyyət Kayşinyanın qovulması ilə nəticələnib.Qeyd edək ki, 46 yaşlı mütəxəssisin rəhbərliyi altında 26 oyuna çıxan Şotlandiya təmsilçisi 14 matçda qələbə qazanıb.xeber100.com