Azərbaycan Premyer Liqasında X tura start veriləcək

27 Oktyabr 2017 12:04

Xəbər 1003 dəfə oxunub

Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında X tura start veriləcək.Azərtac xəbər verir ki, ilk oyun günündə lider “Qarabağ” doğma meydanda “Səbail”i qəbul edəcək. “Azərsun Arena”da keçiriləcək matçı Rəvan Həmzəzadə idarə edəcək.“Qarabağ” 19 xalla turnir cədvəlinə başçılıq edir. “Səbail” klubu isə doqquz xalla altıncı pillədədir.Qeyd edək ki, turun ikinci günündə “Kəpəz” komandası “İnter”in qonağı olacaq. Görüş “İnter Arena”da keçiriləcək. Günün növbəti qarşılaşmasında “Zirə” və “Qəbələ” klubları Zirə Olimpiya İdman Kompleksində üz-üzə gələcəklər.Turun sonuncu günündə – oktyabrın 29-da “Bakcell Arena”da “Neftçi və “Sumqayıt” klubları qarşılaşacaqlar.xeber100.com