Kempo üzrə 10-cu Avropa çempionatı keçirilib

29 Oktyabr 2017 19:50

Xəbər 1329 dəfə oxunub

Rumıniyanın Buxarest şəhərində Kempo üzrə 10-cu Avropa çempionatı keçirilib.Azərbaycan Kempo Federasiyasından Azərtac-a bildirilib ki, 22 ölkənin iştirak etdiyi yarışda Azərbaycan komandası da iştirak edib. Ölkəmiz çempionatda Azərbaycan Kempo Federasiyasının prezidenti Rauf İbrahimovun rəhbərliyi ilə səkkiz nəfərlik heyətlə təmsil olunub. Üç gün davam edən yarışda idmançılar Kempo Submişn Gi, Kempo Full və Kempo Semi versiyaları üzrə mübarizə aparıblar.Təmsilçilərimizdən Kempo Full üzrə görüşlərdə Valeh Quliyev (+95 kq) bütün rəqiblərinə qalib gələrək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Kempo Semi versiyasında Vüsal Qələndərov (-95 kq), Nicat Hüseynov (75 kq) gümüş, Şəmsi Hüseynov (70 kq) bürünc medal qazanıblar. Kempo Submişn növü üzrə isə iki idmançımız – Xəyal Məmmədzadə (75 kq) və Mahir Ələkbərov (65 kq) çempionatda üçüncü olublar.Ümumilikdə Azərbaycan komandası xal hesabında üçüncü yerə laiq görülüb.xeber100.com