Atıcılıq Federasiyasının təşkilatçılığı ilə…

29 Oktyabr 2017 19:56

Xəbər 1245 dəfə oxunub

Oktyabrın 29-da Novxanı Atıcılıq Mərkəzində stend atıcılığının kompakt-sportinq növü üzrə Azərbaycan çempionatının qalibləri müəyyənləşib.Azərtac xəbər verir ki, Azərbaycan Atıcılıq Federasiyasının təşkilatçılığı ilə keçirilən ikigünlük çempionatda 30-dək idmançı birincilik uğrunda mübarizə aparıb.Milli komandanın və yığmaya cəlb olunan yeni atıcıların qatıldığı çempionat Dünya Atıcılıq və Ovçuluq Federasiyasının qaydaları əsasında təşkil olunub.Mükafatçılar 200 hədəfə atışlardan sonra bəlli olublar.Gərgin idman mübarizəsi şəraitində keçən yarışda 178 xalla Etibar Abdullayev fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. İlham Mahmudov 177 xalla ikinci, Rauf Sadıxov isə 173 xalla çempionatı üçüncü pillədə başa vurublar.Yuniorların yarışında isə fəallığı ilə seçilən Adəm Hüseynov, Təvəkkül Seyidov və Elman Qarazadəyə xüsusi diplom təqdim olunub.xeber100.com