Stolüstü tennis üzrə növbəti festival keçirilib

30 Oktyabr 2017 12:09

Xəbər 929 dəfə oxunub

Bakı Bulvarında stolüstü tennis üzrə növbəti festival keçirilib.Azərbaycan Stolüstü Tennis Federasiyasından Azərtac-a bildirilib ki, yığma komandamızın üzvləri tennis oynamaq istəyən izləyicilərə maraqlı oyunlar nümayiş etdirib və könüllülərlə tennis oynayıblar. Həvəskarlara tennis raketkaları hədiyyə olunub və idmanın bu növü üzrə məşq yerləri barədə bukletlər paylanılıb.Qeyd edək ki, festival hər ayın sonuncu şənbə günü təşkil olunur.xeber100.com