UEFA Çempionlar Liqasının növbəti görüşləri keçiriləcək

1 Noyabr 2017 11:44

Xəbər 850 dəfə oxunub

Bu gün futbol üzrə UEFA Çempionlar Liqasının qrup mərhələsində IV turun növbəti görüşləri keçiriləcək.azərtac xəbər verir ki, ikinci oyun günündə “E”, “F”, “G” və “H” qruplarında yer alan kollektivlər üz-üzə gələcəklər.“G” qrupunda yer alan Türkiyə təmsilçisi “Beşiktaş” doğma meydanda “Monako”nu qəbul edəcək. Bu görüşdə heç-heçə belə İstanbul təmsilçisinin növbəti mərhələyə vəsiqə qazanmasını təmin edəcək.Turun maraqla gözlənilən görüşlərindən biridə “H” qrupunda “Tottenhem” və “Real Madrid” klubları arasında olacaq.Gün ərzində keçiriləcək qarşılaşmalar aşağıdakılardır:

“E” qrupu

“Sevilya” (İspaniya) – “Spartak” (Rusiya)

“Liverpul” (İngiltərə) – “Maribor” (Sloveniya)

“F” qrupu

“Napoli” (İtaliya) – “Mançester Siti” (İngiltərə)

“Şaxtyor” (Ukrayna) – “Feyenoord” (Hollandiya)

“G” qrupu

“Beşiktaş” (Türkiyə) – “Monako” (Fransa)

“Portu” (Portuqaliya) – “Leyptsiq” (Almaniya)

“H” qrupu

“Tottenhem” (İngiltərə) – “Real Madrid” (İspaniya)

“Borussiya” (Dortmund, Almaniya) – APOEL (Kipr).xeber100.com