“Azərreyl” voleybol komandasının yeni mövsüm üçün heyəti müəyyənləşib

1 Noyabr 2017 12:27

Xəbər 972 dəfə oxunub

Bakının qadınlardan ibarət “Azərreyl” voleybol komandasının yeni mövsüm üçün heyəti müəyyənləşib.Klubdan Azərtac-a bildiriblər ki, heyətdə Valeriya Məmmədova, Ceyran Əliyeva, Nərmin Fərəcova, Aynur Kərimova, Ayşən Əbdüləzimova, Svetlana Dorsman, Yekaterina Jidkova, Anna Dovqopolyuk, Maqdalena Qrika və Şəfaqət Həbibova yer alıblar.Bakı təmsilçisi yeni mövsümdə “Çağırış kuboku” turnirində mübarizə aparacaq.Qeyd edək ki, Ceyran Əliyeva və Ayşən Əbdüləzimova “Azərreyl”in heyətində ancaq avrokubok oyunlarında meydançaya çıxacaqlar.xeber100.com