“Bayrağımız qürur mənbəyimizdir” devizi altında veloyürüş keçirilib

5 Noyabr 2017 21:20

Xəbər 746 dəfə oxunub

Noyabrın 5-də Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) təşkilatçılığı ilə 9 noyabr – Dövlət Bayrağı Gününə həsr olunan “Bayrağımız qürur mənbəyimizdir” devizi altında veloyürüş keçirilib.Azərtac xəbər verir ki, DTX-nin binası qarşısından start götürən veloyürüş Heydər Əliyev Sarayının qarşısında başa çatıb. Yürüşə qatılan 200-dən artıq velosipedçi 12 kilometr məsafə qət edib.xeber100.com