“Everton” futbol klubunun yeni baş məşqçisi müəyyənləşib

7 Noyabr 2017 10:33

Xəbər 860 dəfə oxunub

İngiltərənin “Everton” futbol klubunun yeni baş məşqçisi müəyyənləşib.Azərtac xəbər verir ki, komanda İngiltərə yığmasının sabiq baş məşqçisi Sem Ellardaysa tapşırılıb.Altmış üç yaşlı mütəxəssis klubun sahibi Farhad Moşiri ilə görüşüb və müzakirə aparıb.Qeyd edək ki, bir müddət əvvəl “Everton” rəhbərliyi komandanın uğursuz çıxışına görə baş məşqçi Ronld Kumanı istefaya göndərib.xeber100.com