Argentina milli komandası Rusiya yığmasına qalib gəlib

11 Noyabr 2017 18:56

Xəbər 900 dəfə oxunub

Futbol üzrə Argentina milli komandası yoldaşlıq görüşündə Rusiya yığmasına qalib gəlib.Azərtac xəbər verir ki, Moskvanın “Lujniki” stadionunda keçirilən görüş Cənubi Amerika təmsilçisinin 1:0 hesablı üstünlüyü ilə yekunlaşıb. Oyunda yeganə qolu matçın 86-cı dəqiqədə Serxio Aquero vurub.Argentina komandası növbəti yoldaşlıq görüşünü noyabrın 14-də Nigeriya ilə Rusiya millisi isə İspaniyaya qarşı keçirəcək.xeber100.com