Çin Futbol Assosiasiyası (ÇFA) 2030-cü ildə futbol üzrə dünya çempionatına ev sahibliyi etmək üçün namizədliyini irəli sürməyib. Assosiasiya bununla bağlı yayılan fikirlərə cavab olaraq bildirib ki, Çinin mundialın təşkili üçün müraciət etmək barədə planı yoxdur.Azərtac xəbər verir ki, ÇFA yerli “Chengdu Business Daily” qəzetinin ölkənin futbol üzrə yığma komandasının baş məşqçisi Marçello Lippiyə istinadla Çinin 2030-cu ildə dünya çempionatına ev sahibliyi üçün müraciət edəcəyi ilə bağlı xəbərləri təkzib edib. Assosiasiya jurnalistlərin Lippinin sözlərini yanlış başa düşdüklərini bəyan edib.Qəzetin bu barədəki xəbərindən sonra “Sina Weibo” sosial şəbəkəsinin 15 milyondan çox istifadəçisi Çinin futbol üzrə dünya çempionatına ev sahibliyi etməsini ölkə üçün faydasız hesab ediblər. Onlar milli komandanın gələn il Rusiyada təşkil olunacaq dünya çempionatına vəsiqə qazanmaq gücündə olmadığı halda, 2030-cu ildəki yarışa ev sahibliyini ayıb və xeyli maliyyə vəsaitinin göyə sovrulması kimi qiymətləndirib, həmin vəsaitin daha vacib istiqamətlərə, məsələn futbolçuların yetişdirilməsinə yönəltməyin məqsədəuyğun olduğunu bildiriblər.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…