U-23 dünya çempionatı keçiriləcək

20 Noyabr 2017 11:25

Xəbər 978 dəfə oxunub

Noyabrın 21-dən 26-dək Polşanın Bıdqoş şəhərində güləş üzrə U-23 dünya çempionatı keçiriləcək. İlk dəfə baş tutacaq çempionatda 19-23 yaş arası idmançılar mübarizə aparacaq.Bu barədə Azərtac-a Azərbaycan Güləş Federasiyasından məlumat verilib.Çempionatda ilk olaraq yunan-Roma güləşçiləri mübarizə aparacaq. Baş məşqçi Şaban Donatın rəhbərliyi altında Sakit Quliyev (59 kq), Elman Muxtarov (66 kq), Nəsir Həsənov (75 kq), İslam Abbasov (85 kq), Orxan Nuriyev (98 kq) və Oyan Nəzəriani (130 kq) artıq Polşaya yola düşüblər.Böyük məşqçi Aslan Ağayevin rəhbərliyi altında çempionatda 6 qadın güləşçimiz iştirak edəcək. Heyətdə Türkan Nəsirova (48 kq), Leyla Qurbanova (53 kq), Alyona Kolesnik (58 kq), Tatyana Omelçenko (60 kq), Elmira Qəmbərova (63 kq) və Elis Manolova (69 kq) yer alıblar.Son yarış günlərində böyük məşqçi Zəlimxan Hüseynov və məşqçi Arif Abdullayevin rəhbərliyi altında güləşçilərimizdən Pərviz İbrahimov (57 kq), Əli Rəhimzadə (61 kq), Pənah İlyaslı (65 kq), Hacımurad Ömərov (70 kq), Murad Süleymanov (74 kq) və Hacımurad Məhəmmədsəidov (86 kq) da mübarizəyə qoşulacaqlar.Çempionatda hakim qismində ölkəmizi beynəlxalq dərəcəli hakim Qərib Əliyev təmsil edəcək.xeber100.com