UEFA Çempionlar Liqasının V turuna yekun vurulacaq

22 Noyabr 2017 19:22

Xəbər 928 dəfə oxunub

Noyabrın 22-də gün futbol üzrə UEFA Çempionlar Liqasının qrup mərhələsinin V turuna yekun vurulacaq.Azərtac xəbər verir ki, turun ikinci günündə “A”, “B”, “C” və “D” qruplarında yer alan komandalar üz-üzə gələcəklər.“C” qrupunda yer alan Azərbaycan təmsilçisi “Qarabağ” klubu Bakı Olimpiya Stadionunda “Çelsi”ni qəbul edəcək. Bu qrupun digər matçında isə “Roma” səfərdə “Atletiko Madrid”in qonağı olacaq.
Turun maraqla gözlənilən görüşlərindən biri də “D” qrupunda mübarizə aparan “Yuventus” və “Barselona” klublarının qarşılaşması olacaq.Ümumiyyətlə, gün ərzində aşağıdakı qarşılaşmalar keçiriləcək:
“A” qrupu
MOİK (Rusiya) – “Benfika” (Portuqaliya))
“Bazel” (İsveçrə) – “Mançester Yunayted” (İngiltərə)
“B” qrupu
“Anderlext” (Belçika) – “Bavariya” (Almaniya)
PSJ (Fransa) – “Seltik” (Şotlandiya)
“C” qrupu”
“Qarabağ” (Azərbaycan) – “Çelsi” (İngiltərə)
“Atletiko Madrid” (İspaniya) – “Roma” (İtaliya)
“D” qrupu
“Yuventus” (İtaliya) – “Barselona (İspaniya)
“Sportinq” (Portuqaliya) – “Olimpiakos” (Yunanıstan).xeber100.com