2017-2018-ci il mövsümünün beşinci turuna start veriləcək

23 Noyabr 2017 11:06

Xəbər 845 dəfə oxunub

Noyabrın 23-də futbol üzrə UEFA Avropa Liqasının 2017-2018-ci il mövsümünün qrup mərhələsinin beşinci turuna start veriləcək.Azərtac xəbər verir ki, turun ilk günündə 8 qrupda ümumilikdə 14 matç oynanılacaq.Türkiyə təmsilçilərindən “Konyaspor” komandası doğma meydanda “Olimpik”i qəbul edəcək. Maraqla gözlənilən qarşılaşmalardan biri isə “Köln” və “Arsenal” klubları arasında oynanılacaq.Ümumiyyətlə, gün ərzində aşağıdakı oyunlar keçiriləcək:

“A” qrupu

“Astana” (Qazaxıstan) – “Vilyarreal” (İspaniya)

“F” qrupu

“Lokomotiv” (Moskva, Rusiya) – “Kopenhagen” (Danimarka)

“G” qrupu

“Luqano” (İsveçrə) – “Hapoel” (Beer-Şeva, İsrail)

“Viktoriya” (Plzen, Çexiya) – “Styaua” (Rumıniya)

“H” qrupu

“Köln” (Almaniya) – “Arsenal” (İngiltərə)

BATE (Belarus) – “Srvena Zvezda” (Serbiya)

“I” qrupu

“Konyaspor” (Türkiyə) – “Olimpik” (Ukrayna)

“Zalsburq” (Avstriya) – “Gimaraeş” (Portuqaliya)

“J” qrupu

“Ostersun” (İsveç) – “Zarya” (Ukrayna)

“Atletik” (İspaniya) – “Herta” (Almaniya) “Ostersun” (İsveç)

“K” qrupu

“Latsio” (İtaliya) – “Vitess” (Hollandiya) “Nitsa” (Fransa)

“Nitsa” (Fransa) – “Zülte-Varegem” (Belçika)

“L” qrupu

“Zenit” (Rusiya) – “Vardar” (Makedoniya)

“Real Sosyedad” (İspaniya) – “Rusenborq” (Norveç).xeber100.com