PSJ klubu futbol üzrə UEFA Çempionlar Liqasının qrup mərhələsinin V turu çərçivəsində “Seltik”i 7:1 hesabı ilə məğlub edərək yeni rekord müəyyənləşdirib.Azərtac xəbər verir ki, PSJ-nin yarımmüdafiəçisi Marko Verrattinin oyunda vurduğu qol komandasının beşinci, qrup mərhələsində isə 22-ci top olub. Daha sonra isə Edinson Kavani və Dani Alves komandanın, müvafiq olaraq 23-cü və 24-cü qollarını vurublar.Beləliklə, PSJ turnirin qrup mərhələsində qolların sayına görə, yeni rekord müəyyənləşdirib. Bu nəticəyədək ən yaxşı göstərici “Borussiya”ya aid idi – 21 qol.Həmçinin Paris təmsilçisi məğlubiyyətsizlik seriyasını da 23-ə çatdırıb. Sonuncu dəfə baş məşqçi Unai Emerinin komandası cari il aprelin 30-da Fransa çempionatında “Nitsa”ya 1:3 hesabı ilə məğlub olub.PSJ cari mövsümdə Çempionlar Liqası yarışlarında məhz “Seltik”lə oyunda qapısında qol görüb. Hazırda komandanın turnirdə top fərqi 24:1-ə bərabərdir.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…