Döyüş növləri üzrə növbəti yarış keçirilib

26 Noyabr 2017 16:48

Xəbər 710 dəfə oxunub

Rusiyada MMA üzrə “M-1 Challenge 86” qarışıq təkbətək döyüş növləri üzrə növbəti mötəbər yarış keçirilib.Azərtac xəbər verir ki, Nazran şəhərində keçirilən turnirdə Azərbaycanı Avropa, Asiya çempionu, ikiqat dünya çempionu, Dünya Kubokunun qalibi Zaur Hacıbabayev təmsil edib. İdmançımız Rusiya təmsilçisi Nikolay Savilovla qarşılaşıb və inamlı qələbə qazanıb.Qeyd edək ki, Azərbaycanın ən titullu MMA döyüşçüsü Zaur Hacıbabayev zədə səbəbindən uzun müddət idmandan kənarda qalmışdı. Rusiyadakı yarış idmançının il yarımdan sonra qatıldığı ilk turnir olub.xeber100.com