Turan döyüş sənəti üzrə dünya kuboku yarışları başa çatıb

26 Noyabr 2017 20:50

Xəbər 961 dəfə oxunub

Noyabrın 26-da “Sərhədçi” İdman Olimpiya Mərkəzində alpaqut Turan döyüş sənəti üzrə dünya kuboku yarışları başa çatıb.Azərtac xəbər verir ki, yarışlarda komanda hesabında Azərbaycan birinci yerə çıxıb. İran komandası ikinci, Türkiyə yığması üçüncü olub.Xatırladaq ki, 15 ölkədən 300-ə yaxın idmançının iştirak etdiyi yarış alpaqutun aypara, batur, caymaz və gureş versiyaları üzrə keçirilib.xeber100.com