Noyabrın 26-da futbol üzrə Azərbaycan Premyer Liqasının XIII turuna yekun vurulub.Azərtac xəbər verir ki, turun son gününün ilk qarşılaşmasında “Sumqayıt” komandası “Səbail” klubunu qəbul edib. Matçda hesab açılmayıb-0:0.Günün son qarşılaşmasında isə “Qarabağ” səfərdə “Zirə”nin qonağı olub. Görüşdə hesabı Ağdam təmsilçiləri açıblar. Oyunun 21-ci dəqiqəsində Riçard Almeyda rəqib qapısına yol tapıb. Bu qoldan beş dəqiqə sonra Dino Ndlovu ev sahiblərini yenidən meydanın mərkəzinə dəvət edib-0:2. İlk hissədə qapılara başqa qol vurulmayıb.Fasilədən sonra meydan sahibləri buraxılan qollardan birinin əvəzini çıxa biliblər. Matçın 51-ci dəqiqəsində Vüsal İsgəndərli fərqlənib. Görüşün 62-ci dəqiqəsində Mahir Mədətov yenidən hesab arasındakı fərqi iki topa çatdırıb-1:3. Oyunun 67-ci dəqiqəsində Riçard Qadze hesab arasındakı fərqi minimuma endirib-2:3. Matç bu hesablada başa çatıb.Qeyd edək ki, turnir cədvəlinə 31 xalla “Qarabağ” başçılıq edir. “Qəbələ” klubu 28 xalla ikinci pillədədir. İlk üçlükdə isə 27 xalla “Zirə” qərarlaşıb. Digər pillələrdə müvafiq olaraq “Sumqayıt” (17), “Neftçi” (16 xal), “Səbail” (13), “Keşlə” (8) və “Kəpəz” (7) yer alıblar.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…