Lionel Messi 500 qol səddini aşıb

5 Fevral 2016 14:17

Xəbər 1361 dəfə oxunub

“Barselona”nın ulduz futbolçusu Lionel Messinin uğurları davam edir. Futbolinfo.az xəbər verir ki, Argentina yığmasının üzvü ötən gün daha bir naliyyəti ilə fərqlənib. Belə ki, 28 yaşlı hücumçu 500 qol səddini aşıb. Bu, İspaniya Kubokunun yarımfinal mərhələsinin “Valensiya” ilə keçirilən ilk oyununda baş verib. Katalonların 7:0 hesablı qələbə qazandığı matçda Messi het-trik edib. Nəticədə təcrübəli forvard karyerası ərzində vurduğu qolların sayını 501-ə çatdırıb.
Qeyd edək ki, Messi bu qolların 436-nı “Barselona”nın, 65-ni isə Argentina yığmasının heyətində vurub.