XI respublika oyunlarının ilk gününün qalibləri müəyyənləşib

28 Noyabr 2017 13:14

Xəbər 906 dəfə oxunub

Tovuzda yeniyetmələrin cüdo üzrə XI respublika oyunlarının ilk gününün qalibləri müəyyənləşib.Bu barədə Azərtac-a Azərbaycan Cüdo Federasiyasından məlumat verilib.Qızların yarışında Züleyxa Nağıyeva (28 kq), Təranə Quliyeva (32 kq), Fidan Qasımova (36 kq), Könül Əliyeva (40 kq), Zeynəb Əhmədova (44 kq), Pərvanə Abdullayeva (48 kq) və Rita Əliyeva (52 kq) fəxri kürsünün ən yüksək pilləsinə yüksəliblər.Oğlanların mübarizəsində isə Murad Balacayev (34 kq), Süleyman Şükürov (38 kq), Eltac Yusifli (42 kq) və Ərəbxan Ramazanov (46 kq) çempion olublar.xeber100.com