Ağır atletika üzrə turnir keçiriləcək

29 Noyabr 2017 13:58

Xəbər 722 dəfə oxunub

Dekabrın 2-3-də ağır atletika üzrə Azərbaycan kuboku turniri keçiriləcək.Azərbaycan Ağır Atletika Federasiyasından Azərtac–a bildiriblər ki, yarışda şəhər və rayonlardan, idman klub, cəmiyyət və mərkəzlərindən, UGİM-lərdən hazırkı əsasnamə üzrə təyin olunmuş dərəcə normalarını yerinə yetirən və tibbi müayinədən keçən yüzə yaxın atlet qüvvəsini sınayacaq.Azərbaycan kubokunun keçirilməsində məqsəd atletlərin hazırlıq vəziyyətinin yoxlanılması, ehtiyat qüvvənin nəzərdən keçirilməsi, güclü idmançıların seçilməsidir.Turnir Şüvəlan qəsəbəsindəki Ağır Atletika Akademiyasının yarış zalında keçiriləcək.