Cüdo üzrə XI respublika oyunlarına yekun vurulub

29 Noyabr 2017 14:04

Xəbər 771 dəfə oxunub

Tovuzda yeniyetmələrin cüdo üzrə XI respublika oyunlarına yekun vurulub.Azərtac xəbər verir ki, yarışın sonuncu günündə 6 çəki dərəcəsində qaliblər müəyyənləşib.Gənclər və İdman Nazirliyi, Azərbaycan Cüdo Federasiyasının təşkilatçılığı ilə keçirilən turnirdə İlkin Yusifov (50 kq), Rəşad Abdullayev (55 kq), İsmayıl Zamanov (60 kq), Ərəstun Həsənov (66 kq), İlham Mollayev (73 kq) və İbrahim Kərimov (73 kq-dan yuxarı) fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar.Ümumilikdə 171 yeniyetmə cüdoçunun mübarizə apardığı XI respublika oyunlarının qalib və mükafatçılarına medallar, diplomlar təqdim olunub.xeber100.com