Çempionlar Liqasının qrup mərhələsindəki son matçı…

3 Dekabr 2017 17:22

Xəbər 782 dəfə oxunub

Çempionlar Liqasının qrup mərhələsindəki son matçında “Roma” ilə üz-üzə gələcək “Qarabağ” İtaliyaya yola düşüb. Apasport.az saytının məlumatına görə, ağdamlılar bu gün saat 16:00-da Heydər Əliyev adına Beynəlxalq Hava Limanından matçın keçiriləcəyi Romaya uçublar.Komandamızı səfərə “Qarabağ” təyyarəsi aparıb.Azərbaycan çempionunun saat 16:35-də İtaliyaya paytaxtına eniş edəcəyi gözlənilir.
Qeyd edək ki, “Roma” – “Qarabağ” matçı dekabrın 5-də, saat 23:45-də start götürəcək.xeber100.com