Azərbaycan Premyer Liqasında XIV tura yekun vurulacaq

3 Dekabr 2017 17:27

Xəbər 828 dəfə oxunub

Bu gün Azərbaycan Premyer Liqasında XIV tura yekun vurulacaq. Apasport.az saytının məlumatına görə, turun son günündə iki qarşılaşma baş tutacaq.Liderin ən yaxın izləyicisi “Qəbələ” öz meydanında “Keşlə”ni sınağa çəkəcək. Ardıcıl 7 məğlubiyyət alan, adı qalmaqallarda hallanan paytaxt təmsilçisi səfərə sensasiya arzusu ilə çıxıb. Ramiz Məmmədovla ilk xal niyyətində olan “Keşlə” istəyinə çatmasa, sonuncu pilləyə də yuvarlana bilər.Roman Qriqorçukun yetirmələri isə 2-ci pilləni əldən verməməyə çalışacaq.Tura debütantın matçı ilə yekun vurulacaq. “Səbail” paytaxt derbisində “Zirə”dən xal almağa çalışacaq. İlk “üçlük”də qərarlaşan sonuncular mövqeyini yaxşılaşdırmaq üçün səfərdən xalla dönməlidi.Ayxan Abbasovun yetirmələri liderdən də uzaq düşməmək üçün turu itkisiz keçməlidi. “Səbail” isə dördüncülük mübarizəsindən qopmamaq üçün qalib gəlməlidi. Samir Əliyevin yetirmələri qalib gəlsə, “Sumqayıt” və “Neftçi”yə yaxınlaşmaq imkanı qazanacaq.xeber100.com