“Ayaks” klubu yeni müqavilə imzalayıb

5 Dekabr 2017 11:29

Xəbər 702 dəfə oxunub

Futbol üzrə Burkina Faso millisinin hücumçusu Burema Bande karyerasını Hollandiyada davam etdirəcək.Azərtac xəbər verir ki, “Ayaks” klubu 19 yaşlı futbolçunun transferi üçün Belçikanın “Mexelen” komandası ilə razılıq əldə edib və müqavilə imzalayıb. Hollandiya təmsilçisi futbolçu üçün 9,5 milyon avro ödəyəcək.Futbolçu ilə klub arasındakı müqavilə gələn il iyulun 1-dən qüvvəyə minəcək və anlaşma 5 il müddətinə nəzərdə tutulub. Bande cari mövsüm “Mexelen”in uğurları üçün oynayacaq.Hücumçu Belçika təmsilçisinin heyətində 15 oyunda meydana çıxıb və 9 qol vurub. Ötən ay isə Burkina Faso millisinin heyətində debüt edib.xeber100.com