“Qəbələ” idman klubu əməkdaşlıq müqaviləsi imzalayıb

6 Dekabr 2017 11:55

Xəbər 830 dəfə oxunub

“Qəbələ” idman klubu ilə AVIS şirkəti arasında əməkdaşlıq müqaviləsi yenilənib.Azərtac xəbər verir ki, müqaviləyə əsasən, AVIS “Qəbələ”ni daha 1 il nəqliyyat vasitələri ilə təmin edəcək.AVIS reklamları “Qəbələ”nin ev oyunlarının keçirildiyi meydançanın ətrafındakı lövhələrdə, oyun sonrası mətbuat konfranslarında arxa fon lövhəsində və klubun rəsmi saytında yerləşdiriləcək.Bundan əlavə, hər iki qurum keçirəcəkləri sosial məsuliyyət və ya marketinq kampaniyalarında bir-birilərini dəstəkləyəcək və birgə fəaliyyət göstərəcəklər.xeber100.com