Kyokşin Karate Federasiyasının məlumatı

7 Dekabr 2017 14:27

Xəbər 1483 dəfə oxunub

Dekabrın 9-da Rusiyanın Yekaterinburq şəhərində Ümumdünya Kyokşin İttifaqı (KWU) tərəfindən üçüncü dünya çempionatı start götürəcək.Azərbaycan Kyokşin Karate Federasiyasından Azərtac-a bildirilib ki, mötəbər yarışa federasiyanın prezidenti Allahverdi Rüstəmovun rəhbərliyi altında 7 idmançımız yola düşüb.Millimizin baş məşqçisi Samir Məmmədov, köməkçi məşqçi Namiq Vəliyev mundialda Solmaz Zeynallı (60 kq), Sevinc Mehdiyeva (55 kq), Emin İsmayıllı (65 kq), Valeh Cəfərov (70 kq), Nail Quliyev (75 kq), Mübariz Ağamalıyev (80 kq) və Etibar Ağalarova (85 kq) şans verəcəklər.Yarışların idarə edilməsində ölkəmizi beynəlxalq dərəcəli hakim Qələndər Aslanov təmsil edəcək.Qeyd edək ki, dünya çempionatına dekabrın 10-da yekun vurulacaq.xeber100.com