Beşinci şahmat turniri keçirilib

8 Dekabr 2017 13:04

Xəbər 800 dəfə oxunub

Azərbaycan Universitetində ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunan beşinci şahmat turniri keçirilib.Universitetdən Azərtac-a bildiriblər ki, turnirdə iyirmi iştirakçı olimpiya sistemi üzrə mübarizə aparıb.Turnirin qalibi ali məktəbin biznes və iqtisadiyyat fakültəsinin maliyyə ixtisası üzrə təhsil alan dördüncü kurs tələbəsi Vüqar Məmmədov olub. İkinci və üçüncü yerləri isə universitetin tələbələri Niyaməddin Bondorenko və Nəzrin Əhmədzadə tutublar.Qaliblərə kubok, diplom və qiymətli hədiyyələr verilib.Universitetdə şahmat turniri tələbələrin asudə vaxtlarının səmərəli təşkili və şahmatın kütləviliyinin artırılması məqsədilə təşkil olunur.xeber100.com