Avropa Liqasında qrup mərhələsinin ən yaxşı oyunçusu müəyyənləşib

9 Dekabr 2017 18:52

Xəbər 733 dəfə oxunub

Avropa Liqasında (AL) qrup mərhələsinin son turunun ən yaxşı oyunçusu müəyyənləşib.Apasport.az-ın məlumatına görə, UEFA-nın rəsmi saytında keçirilən sorğuda “Zenit”in müdafiəçisi Branislav İvanoviç hər kəsi qabaqlayıb.Serbiyalı futbolçu 39 faiz səs toplayaraq, AL-də həftənin ən yaxşı futbolçusu seçilib.”Styaua”nın hücumçusu Harlem Noere 21 faiz səslə ikinci olub.Azarkeşlər üçüncü pilləyə isə Moskva “Lokomotiv”inin üzvü Manuel Fernandeşi layiq görüblər. Portuqaliyalı yarımmüdafiəçi 19 faiz səs toplayıb.xeber100.com