Cüdo üzrə VI beynəlxalq turnirə yekun vurulub

11 Dekabr 2017 12:49

Xəbər 972 dəfə oxunub

Sumqayıt Olimpiya İdman Kompleksində keçirilən  cüdo üzrə VI beynəlxalq turnirə yekun vurulub.Azərtac xəbər verir ki, yeniyetmələr arasında keçirilən yarışda 39 komandanın tərkibində 563 idmançı qalib adı uğrunda mübarizə aparıb.Gənclər və İdman Nazirliyi, Azərbaycan Cüdo Federasiyası, Sumqayıt Şəhər Gənclər və İdman Baş İdarəsinin təşkilatçılığı ilə keçirilən turnirə Azərbaycan idmançıları ilə yanaşı, Rusiyanın Nalçik, Dərbənd şəhərlərinin, eləcə də Ukraynanın yeniyetmə cüdoçuları qatılıblar.“Neftçi İdman Klubu”nun təmsilçisi, 32 kiloqram çəki dərəcəsində mübarizə aparan Aydan Vəliyeva qızlar arasında keçirilən yarışda bürünc medala sahib olub.xeber100.com