“Australian Young Masters GM Norm” turnirində

12 Dekabr 2017 11:43

Xəbər 719 dəfə oxunub

Azərbaycanın beynəlxalq şahmat ustası Kənan İzzət Avstraliyanın Adelaida şəhərində keçirilən “Australian Young Masters GM Norm” turnirində 9 mümkün xaldan 6,5 xal toplayaraq yarışları birinci yerdə başa vurub.Azərtac xəbər verir ki, avstraliyalı Bobbi Çen də idmançımızla eyni xal toplayıb, rusiyalı qrossmeyster Vasili Papin liderlərdən yarım xal geridə qalıb.Beynəlxalq turnirdə Azərbaycan, Avstraliya, Rusiya, Hindistan, Fransa və İndoneziyadan ümumilikdə 10 şahmatçı iştirak edib. Turnir İsveçrə sistemi üzrə 9 turdan ibarət olub.xeber100.com