Çinin Huayan şəhərində II Dünya İntellektual Oyunları start götürüb.Azəərtac xəbər verir ki, yarışlar çərçivəsində 5 növ – bric, dama, şahmat, qo, Çin şahmatı və ma-conq stolüstü oyunlar üzrə görüşlər keçiriləcək.Şahmat turnirində yarışların üç növdə təşkili nəzərdə tutulub. Şahmatçılar dekabrın 10-11-də rapid yarışında mübarizə aparıblar. Dekabrın 12-13-də blits, dekabrın 14-15-də isə bask şahmatı (eyni zamanda, iki şahmat taxtası üzərində müxtəlif rəngli fiqurlarla oyun) yarışlar keçiriləcək.Şahmat turnirində Asiya, Amerika, Afrika və Avropa ölkələrindən 12 qadın və 12 kişi şahmatçı iştirak edəcək. Azərbaycanı kişi şahmatçıların turnirində Şəhriyar Məmmədyarov və Rauf Məmmədov təmsil edirlər.Proqramın ilk növü rapid olub. Turnir iştirakçıları iki gün ərzində İsveçrə sistemi üzrə 7 turda yarışıblar.Turnirin yekununa görə, kişi şahmatçıların yarışında 4,5 bal toplayan rusiyalı Dmitri Andreykin qalib olub. Azərbaycanlı qrossmeyster Şəhriyar Məmmədyarov və vyetnamlı Le Kuanq Lyem eyni xal toplayıblar. Əlavə göstəricilər nəzərə alınaraq, Azərbaycan təmsilçisi gümüş medala layiq görülüb. Rauf Məmmədov isə 12-ci yerlə kifayətlənib.Bu Oyunlar Çində 2008-ci ildən keçirilir. Bütün bu illər ərzində beş növ üzrə yarışlarda qazanılan medalların sayına görə ufalı Aleksandr Georgiyev və Tamara Tansıkkujina rekordçudurlar. Onlar Dünya İntellektual Oyunlarında hərəyə 7 medal qazanıblar. Aleksandr Georgiyev 4 qızıl medala sahibdir.Proqramın digər iki növü blits və bask şahmatı olacaq. Bask şahmatında rəqiblər iki şahmat taxtası üzərində eyni zamanda mübarizə aparırlar.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…