Beynəlxalq Futbol Federasiyası simvolik komandaları açıqlayıb

13 Dekabr 2017 19:33

Xəbər 1005 dəfə oxunub

Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (İFFHS) 2017-ci ilin simvolik komandalarını açıqlayıb. Apasport.az saytının məlumatına görə, ilk “11-lik”lərlə yanaşı, ehtiyat heyətlər də müəyyənləşib.Kişi futbolçuların simvolik komandasında ən çox oyunçu ilə təmsil olunan komanda “Real”dı. Madrid təmsilçisinin 5 üzvü ilk “11-lik”də göstərilib. Rəmzi komandanın baş məşqçiliyinə də “Real”ın çalışdırıcısı Zinəddin Zidan layiq görülüb.Sorğuda Azərbaycanı təmsil edən apasport.az saytının əməkdaşı, İFFHS-in üzvü Vüqar Xeyrullayev simvolik komandada 10 futbolçunu doğru müəyyənləşdirib. Yalnız əməkdaşımızın bu siyahıya layiq bildiyi Corcio Kyellinini sabiq komanda yoldaşı Leonardo Bonuççi əvəz edib.xeber100.com