“Mançester Siti” klubu İngiltərə çempionatının 17-ci turu çərçivəsində

14 Dekabr 2017 13:18

Xəbər 751 dəfə oxunub

“Mançester Siti” klubu futbol üzrə İngiltərə çempionatının 17-ci turu çərçivəsində “Suonsi”ni 4:0 hesabı ilə məğlub edib.Azərtac xarici KİV-lərə istinadla xəbər verir ki, Mançester təmsilçisi İngiltərə çempionatında ardıcıl 15 qələbə qazanmaqla rekord müəyyənləşdirib. Daha əvvəl “Arsenal” 2002-ci ildə ardıcıl 14 oyunda meydandan qalib ayrılıb.Qeyd edək ki, “Mançester Siti” cari mövsümdə bütün turnirlərdə keçirdiyi 25 rəsmi oyundan cəmi birində məğlub olub. İngiltərə klubu UEFA Çempionlar Liqasının qrup mərhələsinin altıncı turunda “Şaxtyor”a 1:2 hesabı ilə uduzub.xeber100.com