Almaniya Futbol Federasiyasının açıqlamasına əsasən…

14 Dekabr 2017 14:37

Xəbər 818 dəfə oxunub

Futbol üzrə Almaniya milli komandası gələn il Rusiyada keçiriləcək dünya çempionatının qalibi olacağı təqdirdə yığmanın hər bir üzvü 350 min avro məbləğində mükafat alacaq.Azərtac xəbər verir ki, bu barədə Almaniya Futbol Federasiyası açıqlama yayıb.Açıqlamada 2012-ci və 2016-cı illər Avropa, 2014-cü il dünya çempionatlarındakı kimi, mükafatın məbləğinin millinin mundialda necə çıxış etməsindən asılı olacağı vurğulanıb. Belə ki, komanda dörddəbir finala vəsiqə qazansa hər futbolçuya 75 min, yarımfinal üçün 125 min, final üçün isə 200 min avro məbləğində mükafat nəzərdə tutulub. Əgər Almaniya yığması üçüncü yeri tutarsa futbolçulara 150 min avro məbləğində mükafat veriləcək.Beləliklə, Almanya milli komandası dünya çempionu adını qazanarsa hər futbolçu ümumilikdə 350 min avro məbləğində mükafata sahib olacaq.xeber100.com