Dövlət İmtahan Mərkəzinin məlumatı

14 Dekabr 2017 14:39

Xəbər 814 dəfə oxunub

Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən dekabrın 17-də dövlət qulluğunda inzibati vəzifələrin B növünə (inzibati icraçı vəzifələr) aid olan BA və BB qruplarına uyğun olan vəzifələr üzrə dövlət qulluğuna qəbul üçün test imtahanı keçiriləcək.DİM-dən Azərtac-a bildirilib ki, imtahanlarda iştirak etmək üçün 3039 namizəd qeydiyyatdan keçib. İmtahanlar Bakı şəhərində ümumilikdə 7 binada təşkil olunacaq.İmtahanlar bütün binalarda saat 11-də başlayacaq və 3 saat davam edəcək.Giriş zamanı üzərində mobil telefon, konspekt və digər yardımçı vasitələr aşkarlanan namizədlər barədə akt tərtib olunacaq və onlar imtahan binasına buraxılmayacaqlar.xeber100.com