“Kəpəz” futbol klubu hazırlığını Antalyada davam etdirəcək

15 Dekabr 2017 13:24

Xəbər 797 dəfə oxunub

Azərbaycan Premyer Liqasında yaranan qış fasiləsi ilə əlaqədar olaraq “Kəpəz”in üzvləri istirahətə buraxılıb.Klubdan Azərtac-a bildiriblər ki, komandanın tətil günləri gələn il yanvarın 4-dək davam edəcək. Sonrakı iki gün ərzində Bakıda tibbi müayinədən keçəcək futbolçular yanvarın 7-də baş məşqçinin sərəncamında olacaqlar. Məşqlər də bu tarixdən başlayacaq.Yanvarın 8-dən isə “sarı-göylər” gündə iki dəfə olmaqla təlim-məşq toplanışına start verəcəklər. Yanvarın 13-dək komanda “Dalğa Arena”da qalıb çalışmalarını da burada davam etdirəcək. Daha iki gün isə futbolçular Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının stadionunda hazırlıq keçəcəklər.“Kəpəz”in üzvləri yanvarın 16-da istirahət edəcəklər. Bir gün sonra komanda Türkiyəyə yollanacaq. “Kəpəz” hazırlığın bundan sonrakı hissəsini Antalyada davam etdirəcək. Gəncə klubu fevralın 2-dək qardaş ölkədə olacaq.xeber100.com