Futtennis üzrə Azərbaycan Super Liqasında ikinci turun oyunları keçirilib.Azərbaycan Futnet Assosiasiyasından (AFNA) Azərtac-a bildirilib ki, “Marafon” idman klubunda əvvəlcə ilk turdan təxirə salınan qarşılaşmalar keçirilib.“A” qrupunda yer alan və liqanın favoriti sayılan “Marafon” komandası Bakının “Atletiko” kollektivini 2:0 hesabı ilə məğlub edib. Tur çərçivəsində ikinci matçına çıxan “Marafon” klubu “Yasamal” ilə üz-üzə gəlib. İlk setdə “Marafon” qalib gəlib. İkinci setdə “Yasamal” idmançıları hesabda irəli (10:4) olsalar da sonda qələbəni əldən veriblər. İlk dəfə bu turda tamaşaçılar önünə çıxan “A” qrupunun digər komandası “Xilə” klubu “Atletiko” ilə görüşdə məğlubiyyətlə üzləşib – 0:2.Çempionatın digər iddialı komandası, “B” qrupunda çıxış edən “Şuşa-2017” növbəti qələbəsini rəsmiləşdirib. Şuşalılar bu dəfə Gəncəni təmsil edən “Xəmsəfan”nı hər iki setdə məğlub ediblər. Futtennis üzrə Azərbaycan Kubokunun qalibi olan “Neftçi İK” isə “Meqa” komandasına qalib gələrək turu üç xalla başa vurub. Gün ərzində ikinci görüşünə çıxan “Meqa” bu dəfə də “Şuşa-2017” ilə oyunda məğlubiyyətdən yaxa qurtara bilməyib.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…