Ağır atletika üzrə açıq turnir keçiriləcək

19 Dekabr 2017 14:54

Xəbər 806 dəfə oxunub

Dekabrın 23-də Şüvəlan qəsəbəsindəki Ağır Atletika Akademiyasının yarış zalında Azərbaycanın Milli Qəhrəmanı Fəxrəddin Şahbazovun xatirəsinə həsr olunmuş ağır atletika üzrə açıq turnir keçiriləcək.Azərtac xəbər verir ki, Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi və Azərbaycan Ağır Atletika Federasiyasının təşkilatçılığı ilə keçiriləcək yarışda paytaxt və regionlarda fəaliyyət göstərən idman təşkilatlarından 1997-ci il və daha kiçik təvəllüdlü ağır atletlər iştirak edəcəklər.Turnirin keçirilməsində məqsəd Fəxrəddin Şahbazovun timsalında Vətən uğrunda şəhid olmuş soydaşlarımızın xatirəsinin əziz tutulması, onun həyat yolunun və idman fəaliyyətinin böyüməkdə olan yeni nəsil idmançılar və gənclər arasında təbliğ olunması, yerlərdə ağır atletika idman növünün təbliği və inkişaf etdirilməsi, ən güclü idmançıların aşkar olunması, idmançıların ustalıq səviyyəsinin artırılmasıdır.xeber100.com