Dünya Güləş Birliyinin yeni qaydalarına uyğun olaraq…

21 Dekabr 2017 12:22

Xəbər 739 dəfə oxunub

Bakı İdman Sarayında təşkil olunan sərbəst və yunan-Roma güləşi üzrə böyüklər arasında Azərbaycan çempionatının qalib və mükafatçıları ilə görüş keçirilib.Azərtac xəbər verir ki, Dünya Güləş Birliyinin yeni qaydalarına uyğun olaraq keçirilən çempionatda həm sərbəst, həm də yunan-Roma güləşi üzrə 10 çəki dərəcəsində qalib və mükafatçılar müəyyənləşib. Çəki dərəcələri üzrə ilk üç yeri tutmuş idmançılar millinin heyətinə cəlb ediləcək və 2018-ci il ərzində komandanın qatılacağı beynəlxalq yarışlarda ölkəmizi təmsil etmək imkanı qazanacaqlar.Yarışlar başa çatdıqdan sonra Azərbaycan Güləş Federasiyasının birinci vitse-prezidenti Sahib Ələkbərov qalib və mükafatçılarla görüşüb. İdmançıların çempionatda böyük əzmkarlıqla mübarizə apardıqlarını qeyd edən AGF rəsmisi eyni əzmkarlığı növbəti il ərzində keçiriləcək yarışlarda da gözlədiklərini bildirib:“Azərbaycan Güləş Federasiyası tərəfindən yığma komandaların seçiminə daim ədalətlə yanaşmağa çalışılıb və idmançıların beynəlxalq arenada ölkəmizi layiqincə təmsil etmələri üçün lazımi şərait yaradılıb. Ölkəmizdə idmana və idmançılara dövlət səviyyəsində göstərilən diqqətin nəticəsidir ki, bu gün Azərbaycan idmançıları, xüsusən güləşçilərimiz ən mötəbər beynəlxalq yarışlarda daim ilk üçlükdə qərarlaşır. Sizin öhdənizə isə bu ənənəni qoruyub saxlamaq və daha da inkişaf etdirmək vəzifəsi düşür”.Azərbaycan çempionatının qalib və mükafatçısı olmuş hər bir idmançıya uğur arzulayan Sahib Ələkbərov qələbəyə gedən yolun nizam-intizamdan və yüksək hazırlıqdan keçdiyini xüsusi vurğulayaraq deyib: “Artıq növbəti ilin ilk aylarından hazırlıq üzrə təlim-məşq toplanışları başlayacaq. Bu yarış artıq geridə qaldı. Sizin hər biriniz çalışmalısınız ki, keçirilən təlim-məşq toplanışlarında məşqçilərin tapşırıqlarına əməl edib, öz üzərinizdə çalışıb qələbəyə köklənəsiniz. Bunun üçün təbii ki, nizam-intizama da xüsusi diqqət yetirməlisiniz. 2020-ci ildə Tokioda keçiriləcək Yay Olimpiya Oyunlarının iştirakçıları sizin aranızdadır”.Sərbəst güləş üzrə yığma komandanın baş məşqçisi Firdovsi Umudov da idmançılar və Federasiya rəhbərliyi qarşısında çıxış edərək bildirib ki, bu günə qədər olduğu kimi bundan sonra da onlara göstərilən etimadı doğrultmaq üçün çalışacaqlar:“Biz hər zaman dövlətimizin və Federasiyamızın dəstəyini üzərimizdə hiss etmişik. Bu gün də hiss edirik. Çalışırıq ki, ölkəmizi, bayrağımızı layiqincə təmsil edək. Bunun üçün əlimizdən gələni edirik və edəcəyik. Azərbaycan çempionatının nəticələrinə görə, yığma komandamızın yeni heyəti formalaşdı. Qarşıdakı yarışlarda hər bir komanda üzvünü sınaqdan keçirəcək, qitə və dünya çempionatları üçün heyəti müəyyənləşdirəcəyik”.xeber100.com

Həndbol Federasiyası: Azərbaycan çempionatlarında VII turun oyunları keçirilib

Həndbol üzrə Azərbaycan çempionatlarında VII turun oyunları keçirilib. Azərbaycan Həndbol Federasiyasının mətbuat xidmətindən bildiriblər ki, kişilərin yarışında tura “Dinamo” – “Azəryol” görüşü ilə start verilib. “AHF Arena”da keçirilən oyuna favorit qismində çıxan nominal qonaqlar etimadı doğruldublar. “Azəryol”un üstünlüyü ilə yadda qalan qarşılaşma 24:49 hesabı ilə başa çatıb. “Təhsil” – “İdman Akademiyası” matçı daha gərgin mübarizə şəraitində keçib. Fasiləyə 3 topluq üstünlüklə yollanan “Təhsil” qalan vaxtda rəqibin vəziyyəti dəyişməsinə imkan verməyib - 30:28. Maraqlı mübarizə vəd edən “Bakı” – “Kür” görüşündə isə qonaqların qələbəsinə inananlar yanılmayıblar. Yüksək əzmkarlıq nümayiş etdirən Mingəçevir həndbolçuları paytaxtdan uğurlu nəticə ilə dönməyi bacarıblar - 20:26. Qadın həndbolçuların çempionatında 7-ci tur “Bakı” – “Gənclər Birliyi” matçı ilə başlanıb. İlk hissədən təşəbbüsə yiyələnən paytaxtın eyniadlı komandası fasilədən sonrakı üstünlüyünü də tabloda əks etdirib - 35:25. “Kür” komandası da azarkeşlərini sevindirib. Mingəçevirin həndbolçuları növbəti qələbəni “İdman Akademiyası” ilə oyunda rəsmiləşdiriblər - 49:16. Yeddinci tura yanvarın 21-də keçiriləcək “Azəryol” – “Qarabağ” matçı ilə yekun vurulacaq.xeber100.com  

Yanvar 15, 2024 14:10

Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə “Quba – İdman Paytaxtı 2024″ün açılış mərasimi keçirilib

Gənclər və İdman Nazirliyinin və Quba Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə "Quba - İdman Paytaxtı 2024"ün açılış mərasimi keçirilib. Dövlət Himninin səsləndirilməsi ilə başlayan tədbirdə Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpası uğrunda canlarını fəda etmiş şəhidlərin xatirəsi 1 dəqiqəlik sükutla yad edilib. Sonra "Quba - İdman Paytaxtı 2024"ün maskotu "Fuji" tamaşaçılara təqdim edilib. Bunun tarixi və əlamətdar hadisə olduğunu deyən Quba Rayon İcra Hakimiyyətinin başçısı İlqar Mahmudov Prezident İlham Əliyevin dəstəyi ilə regionlarda müasir standartlara cavan verən idman komplekslərinin tikildiyini vurğulayıb. Bölgədə 8 mindən artıq gəncin idmanla məşğul olduğunu söyləyən İ. Mahmudov idmançıların yerli və beynəlxalq yarışlarda qazandığı uğurlardan bəhs edib. Gənclər və idman naziri Fərid Qayıbov Quba Olimpiya İdman Kompleksində yaradılan yüksək şəraitdən danışıb. O, kompleksdə müxtəlif idman növləri üzrə təlim-məşq toplanışları və yarışların keçiriləcəyini diqqətə çatdırıb. Gimnastika üzrə Azərbaycan millisinin də hazırda Quba Olimpiya İdman Kompleksində hazırlıq keçdiyi bildirilib. Daha sonra nazir idman paytaxtının rəmzi açarını icra başçısına təhvil verib. Ardınca sambo üzrə dünya və Avropa çempionatlarının mükafatçısı Zaur Paşayev və peşəkar MMA döyüşçüsü, 4 qat dünya çempionu Vüqar Kərəmov çıxış ediblər. Onlar hazırda beynəlxalq arenada Azərbaycanı təmsil edən bütün idmançılara uğurlar arzulayıblar. Tədbir bədii hissə ilə davam edib. Müxtəlif idman növləri üzrə federasiyaların üzvlərinin paradından sonra respublikanın tanınmış incəsənət ustaları və müğənnilərinin iştirakı ilə möhtəşəm konsert proqramı təşkil olunub.xeber100.com

Yanvar 15, 2024 14:02