“Bavariya” klubu müqaviləni yeniləyib

22 Dekabr 2017 14:02

Xəbər 1053 dəfə oxunub

“Bavariya” klubu hücuma meyilli yarımmüdafiəçi Kinqsli Koman ilə yeni müqavilə imzalayıb.Azərtac klubun rəsmi saytına istinadla xəbər verir ki, yeni müqaviləyə əsasən, 21 yaşlı fransalı futbolçu 2023-cü ilin yayınadək Münxen təmsilçisinin heyətində çıxış edəcək.Koman 2015-ci ildən “Bavariya”nın formasını geyinir. Bu müddət ərzində futbolçu iki dəfə Almaniya çempionatının, həmçinin kubok və super kubok yarışlarının qalibi olub.xeber100.com