Boks Federasiyasının məlumatı

22 Dekabr 2017 14:06

Xəbər 954 dəfə oxunub

Bakıda Azərbaycan boksunun banisi Abbas Ağalarovun xatirəsinə həsr olunmuş gənclər arasında ənənəvi beynəlxalq turnir davam edir.Azərtac xəbər verir ki, Azərbaycan Boks Federasiyasının idman zalında keçirilən yarış dörd gün davam edəcək.Turnirdə Azərbaycan idmançıları ilə yanaşı, Rusiya, Ukrayna, Tacikistan, Hindistan, İran, Türkmənistan, Pakistan, Qazaxıstan, Gürcüstan və Özbəkistan yığmaları güclərini sınayırlar.Ümumilikdə 114 boksçunun qatıldığı və 10 çəki dərəcəsi üzrə keçirilən yarışda ölkəmiz 3 komanda ilə təmsil olunur.Turnirin final qarşılaşmaları dekabrın 24-də keçiriləcək.xeber100.com